"Kəpəz" "Neftçi"ylə oyunun hazırlığına başladı
Paylaş:
“Kəpəz” Topaz Premyer Liqasının cari mövsümündə oktyabrın 21-də ilk dəfə doğma meydanda oynayacaq. “Sarı-göylər” Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək.
Komanda qarşıdakı oyunla bağlı bu gündən Bakıda məşqlərə başlayıb. “Kəpəz” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlaşacaq.
Gəncə klubunun oktyabrın 18-i və 19-na təyin olunan məşqləri saat 16:00-da başlayacaq.
| Paylaş: