"Barselona"nın rekordu təzələndi
Paylaş:
"Real" İspaniya La Liqasında yeni rekorda imza atıb.
Madrid təmsilçisi buna səfərdə "Hetafe"yə 2:1 hesabı ilə qalib gəlməklə nail olub. "Kral klubu" ardıcıl 13 səfər oyununda qələbə qazanmaqla əzəli rəqibi "Barselona"ya aid olan rekordu təzələyib.
Kataloniya təmsilçisi Pep Qvardiolanın rəhbərliyi altında 2010-cu ilin may ayından 2011-ci ilin yanvarınadək ardıcıl 12 səfər oyununda qələbə qazanmışdı.
| Paylaş: