"Qarabağ" azarkeşlərin işini asanlaşdırdı
Paylaş:
Çempionlar Liqasının qrup mərhələsinin III mərhələsində “Qarabağ” oktyabrın 18-i Bakı Olimpiya Stadionunda “Atletiko”nu qəbul edəcək.
Azarkeşlərin bu matça rahat gediş-gəlişini təmin etmək üçün ictimai dayanacaq onların xidmətinə veriləcək. Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:00-dan etibarən istifadə edə bilər.
“Qarabağ”ın “Atletiko”yla matçına bilet satışa davam edir. Matçı stadiondan izləmək istəyənlər sabahdan etibarən biletləri Bakı Olimpiya Stadionun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə edə bilərlər.
| Paylaş: