')

Bu gün:


FutbolPress.Az | 300-cü qol

300-cü qol


oxunma sayı: 237 Paylaş:

FutbolPress“Sumqayıt” Premyer Liqada 300-cü qolunu buraxıb. Bu, Topaz Premyer Liqasının VIII turuna təsadüf edib.

Öz meydanında “Qəbələ”yə 0:1 hesabı ilə uduzan “Gənclik şəhəri” təmsilçisi mənfi yubileylə üzləşib. Bu matçadək 203 qarşılaşmada 299 top buraxan sumqayıtlılar 204-cü oyunda üçüncü “yüzlüy”ü qapayıb. Bu isə o deməkdir ki, “Sumqayıt” orta hesabla hər matçda 1,47 top buraxıb.

Buraxılan 300 qola komanda 191 topla cavab verib. Bu 300 topdan 116-sı ev, 184-ü səfər matçında buraxılıb.


oxunma sayı: 237 | Paylaş:




?>