')

Bu gün:


FutbolPress.Az | "Zirə"dən rekord

"Zirə"dən rekord


oxunma sayı: 111 Paylaş:

FutbolPress“Zirə” startdakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb.

Qəsəbə klubu Topaz Premyer Liqasının VIII turunun ev oyununda “Kəpəz”i 3 cavabsız qolla məğlub edib. Bu, zirəlilərin tarixində ən uğurlu startdır. 5 qələbə qazanıb, 3 heç-heçə edən Ayxan Abbasovun yetirmələri 2015/16 mövsümündəki rekordunu yeniləyib. Həmin vaxt Premyer Liqanın debütantı ardıcıl 7 oyunda uduzmamışdı.

Bakılılar VIII turu yenilgisiz keçməklə 2 il əvvəlki nəticəni arxada qoyub.


oxunma sayı: 111 | Paylaş:




?>