')

Bu gün:


FutbolPress.Az | Milli 23 pillə gerilədi - FIFA reytinqi

Milli 23 pillə gerilədi - FIFA reytinqi


oxunma sayı: 494 Paylaş:

FutbolPressFIFA milli komandaların növbəti yeni reytinq cədvəlini açıqlayıb. DÇ – 2018-in seçmə mərhələsində baş tutan son oyunlar siyahıda ciddi dəyişikliklərə səbəb olub.

Əvvəlcə Çexiyaya (1:2), daha sonra Almaniyaya (1:5) uduzan millimiz geriləyib. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv ötən siyahı ilə müqayisədə 23 pillə arxaya düşüb. Beləliklə, yığma ilk "100-lüyü" tərk edib. Sentyabrda açıqlanan reytinqdə 388 xalla 92-ci olan komandamız hazırda 273 xalla 115-ci sırada qərarlaşıb.

Ümumiyyətlə, Azərbaycan son bir ayda ən çox geriləyən 3-cü ölkədi. Yalnız Ekvador və Litva bizdən daha artıq - 25 pillə arxaya düşüb.

Azərbaycan Türkmənistan, Filippin, Mozambik, Ruanda kimi qeyri-futbol ölkələri ilə yaxın mövqelərdə yer alıb. Yığmanın geri düşdükləri arasında Hindistan, Farer Adaları, Kurasau, Lüksemburq, Madaqaskar, Zimbabve kimi ölkələrin milliləri də var.

Millimizin DÇ-2018-in artıq başa çatan seçmə mərhələsindəki rəqiblərindən Almaniya yenə də dünyanın ən güclüsüdü. Qrup ikincisi olan Şimali İrlandiya 3 pillə geriləyərək, 23-cü sıraya düşüb. Çexiya 12, Norveç 15 pillə irəliləyib və bu millilər müvafiq olaraq, 46 və 58-cidi. San-Marino isə əvvəlkitək 204-cü sırada qərarlaşıb.

Ən güclülərin  yer aldığı ilk “10-luq”da da bir sıra dəyişikliklər qeydə alınıb. Almaniya zirvədəki mövqeyini qoruyub. Braziliya, Portuqaliya, Argentina, Belçika və Polşanın da mövqeyi dəyişilməz qalıb və onlar sonrakı 5 mövqedə qərar tutublar. Dəyişikliklər isə son 4 sırada baş verib. Fransa bir pillə irəliləyərək, 7-ci yerə yüksəlib. İspaniya yenidən ən güclülərin sırasına yüksəlib. 3 pillə irəliləyişə nail olan pireneylilər hazırda 8-cidi. Çili 9-cu yerdəki mövqeyini qoruyubsa, Peru ilk “10-luğ”a daxil olmağı bacarıb.


oxunma sayı: 494 | Paylaş:




?>