"Mançester Siti"dən son 123 ilin rekordu
Paylaş:
"Mançester Siti" İngiltərə Premyer Liqasının VIII turunda "Stok Siti"ni (7:2) darmadağın edib.
Beləliklə, şəhərlilər bu mövsüm çempionatda qollarının sayını 29-a çatdırıb. Bu da İngiltərə komandaları arasında son 123 ilin ən yaxşı nəticəsidir.
MS-nin nəticəsindən yaxşısını 1894/95 mövsümündə "Everton" edə bilib. Həmin mövsüm Liverpul təmsilçisi 8 oyuna 30 qol vurmağı bacarıb.
| Paylaş: