')

Bu gün:


FutbolPress.Az | "Atletiko"nun narahatlığından istifadə edə bilərik" - Kintana

"Atletiko"nun narahatlığından istifadə edə bilərik" - Kintana


oxunma sayı: 241 Paylaş:

FutbolPress“Qarabağ”ın ispaniyalı futbolçusu Dani Kintana ölkəsinin AS nəşrinə müsahibə verib. O, Çempionlar Liqasında “Atletiko” ilə oyunöncəsi bir sıra maraqlı məqamlara toxunub.

Kintana rəqibi dünyanın ən yaxşı komandalarından biri adlandırıb: “Çempionlar Liqasının qrup mərhələsində oynamaq bizim üçün böyük mükafat, belə rəqiblərə qarşı çıxış etmək isə möhtəşəm hissdi. “Atletiko” dünyanın ən yaxşı komandalarından biridi. Karyeramda Çempionlar Liqasının qrupu və bu cür rəqiblərə qarşı oynamaq təcrübəsini yaşamamışam”.

Təcrübəli yarımmüdafiəçi avrokuboklarada ispan klublarına qarşı oynamağı əvvəldən arzuladıqlarını söyləyib: “Daha əvvəl Avropa Liqasında çıxış etmişdik, amma ispan klubuna qarşı oynamamışdıq. Bu, bizim arzumuz idi. Bilirik ki, İspaniyada bir çoxlarının diqqəti “Atletiko”ya qarşı oynayacaq ispanlara (özü və Miçel –red.) yönəlib. Bundan başqa, ailəm də “Atletiko” ilə səfər oyunu üçün Madridə gələcək. Məqsədimiz bütün ölkəyə belə komandaya qarşı oynaya biləcəyimizi göstərməkdi”.

Dani oyun günü stadionda ab-havanın yüksək səviyyədə olacağına inanır: “Bakıda Çempionlar Liqasında oynayacağımız atmosfer nəzərə çarpır. Böyük ehtimalla stadion tam dolacaq. Azarkeşlər bizdən maksimum bacarığımızı istəyirlər. Bu, Azərbaycan klubunun ÇL qrupunda ilk işitirakıdı və ölkədə azarkeşlər stadionda daha çox olurlar. “Atletiko” ilə matçda da stadionda əla atmosfer olacaq”.

30 yaşlı ispan “Atletiko”ya mütləq qələbə lazım olduğunu və onlardakı bu narahatlıqdan istifadə edə biləcəklərinə ümid etdiyini söyləyib: “Artıq “Roma” Bakıda çətinliklə üzləşib. 90 dəqiqə rəqibə qarşı mübarizə apardıq. “Atletiko” ilə matçda da belə olacaq. Rəqibin güclü heyətinin olmasından bilirik ki, asan olmayacaq. “Atletiko”ya 3 xal vacibdi. Bəlkə də bu narahatlıqdan yararlana bilərik. “Atletiko” aşkar favoritdi. Ancaq biz də yaxşı nəticə qazanmaq istəyirik”.

Kintana “Qarabağ”ın oktyabrın 18-də Bakı Olimpiya Stadionunda qəbul edəcəyi komandanı qrupun ən güclüsü adlandırıb: “Atletiko” böyük klubdu. Azərbaycanda hamı bu komandanı tanıyır. Televiziyada oyunlarını izləyə bilirik. Azarkeşlərə məlumdu ki, onların qarşısıalınmaz futbolçuları var. Bizdən çox üstündülər. Amma bu oyuna çıxmaqdan böyük həyəcan hiss edirik. “Atletiko” Çempionlar Liqasında final oynayıb və hazırda bütün dünyada tanınır. Bu baxımdan qrupun da ən güclüsüdü. Daha sonra “Çelsi” favoritdi, amam ən güclü “Atletiko”du”.


oxunma sayı: 241 | Paylaş:





?>