')

Bu gün:


FutbolPress.Az | "Atletiko"ya asan təslim olmaq niyyətində deyilik" - Miçel

"Atletiko"ya asan təslim olmaq niyyətində deyilik" - Miçel


oxunma sayı: 178 Paylaş:

FutbolPress"Qarabağ"ın ispaniyalı futbolçusu Miçel Madera Çempionlar Liqasında III turda qarşılaşacaqları "Atletiko" ilə oyunöncəsi ölkəsinin mətbuatına müsahibə verib.

Təcrübəli yarımmüdafiəçi bu cür rəqibə qarşı oynayacaqları üçün xoşbəxt olduqlarını söyləyib: "Atletiko" ilə matç bizim üçün xüsusi olacaq. Yaxşı oynamağa və qarşılaşmadan zövq almağa çalışacağıq. "Atletiko" böyük klubdu. Onlara qarşı oynayacağımız üçün özümüzü xoşbəxt sayırıq və oyun gününü səbrsizliklə gözləyirik".

Miçel Bakıdakı hava şəraitinin oyuna təsir edəcəyini düşünmür: "Dekabr ayında Bakıda soyuq olur, hətta qar da yağır. Ancaq indi hər şey normaldı. Bakıda külək çox olsa da, bunun stadiona təsir olmur. İstiliyin olması normaldı və düşünürəm ki, "Atletiko" hava şəraiti baxımından heç bir əziyyət çəkməyəcək".

31 yaşlı ispan oyuna həddən çox maraq olduğunu bildirib: "Bu, Azərbaycan xalıq üçün xüsusi matçlardan biri olacaq və azarkeşlər stadionu dolduracaqlar. Oynayacağımız stadion 70 min azarkeş tutumuna malikdir. Onu da bilrik ki, "Atletiko" azarkeşlər qarşısında oynamağı çox sevir".

Oyunçu Madrid klubunun Bakıya yalnız qələbə üçün gələcəyini, ancaq "Qarabağ"ın da asan təslim olmaq fikrində olmadığını söyləyib: "Rəqibimizin qrupdakı vəziyyəti yaxşı deyil. Onlar Bakıdan qələbə ilə qayıtmaq üçün əllərindən gələni edəcəklər. Amma biz asan təlim olmaq niyyətində deyilik. "Roma" ilə qarşılaşmada olduğu kimi, bu oyunda da rəqibə çətin anlar yaşatmağa çalışacağıq".

"Qarabağ" - "Atletiko" oyunu oktyabrın 18-də keçiriləcək. 


oxunma sayı: 178 | Paylaş:





?>