')

Bu gün:


FutbolPress.Az | Prosineçki haqda növbəti iddia - Türkiyə nəhəngini çalışdıra bilər

Prosineçki haqda növbəti iddia - Türkiyə nəhəngini çalışdıra bilər


oxunma sayı: 246 Paylaş:

FutbolPressAzərbaycan millisinin baş məşqçisi Robert Prosineçki haqda növbəti iddia ortaya atılıb. Bildirilir ki, o, Türkiyənin “Trabzonspor” klubunun sükanı arxasına keçə bilər.

Bu barədə qonşu ölkə mətbuatı məlumat verib. Yazılanlara görə, Ersun Yanalın isefasından sonra bu posta əsas namizədlərdən biri 48 yaşlı xorvatiyalı mütəxəssisdi.

Ondan başqa belçikalı Mişel Pryudomm, Rıza Çalımbay, Mustafa Reşit Akçay, Fatih Terim də Qara dəniz təmsilçisinə baş məşqçi təyin edilə bilər.

Robert Prosineçkinin Azərbaycan millisi ilə müqaviləsinin müddəti dekabrda başa çatır. Onun adı Sloveniya yığması ilə də yanaşı hallanır.


oxunma sayı: 246 | Paylaş:




?>