')

Bu gün:


FutbolPress.Az | Yenə 4 cavabsız qolla

Yenə 4 cavabsız qolla


oxunma sayı: 166 Paylaş:

FutbolPress"Neftçi" Topaz Premyer Liqasının VIII turunda səfərdə "Səbail"ə qalib gəldi - 4:0. Bununla "ağ-qaralar" uzun fasilədən sonra böyükhesablı qələbəyə sevindi.

Bakı klubu buna qədər sonuncu dəfə ötən mövsüm AZAL-a iri hesabla qalib gəlib. Komanda aprelin 15-də keçirilən matçda da 4 cavabsız qola sevinib. 

"Bakcell Arena"da keçirilən həmin görüşdə Zdenek Folprext, Daniel Seqovia, İqnasio Errera  və Rəhman Hacıyev fərqlənib. Sözügedən oyunda qol vuranlardan son ikisi AZAL-ı Premyer Liqada əvəzləyən debütant "Səbail"lə qarşılaşmada da adını tabloya yazdırmağı bacardı. Daha iki qola isə Azərbaycanda ilk dublunu rəsmiləşdirən Uqo Barqas imza atdı. Onu da qeyd edək ki, bu qələbə ilə "Neftçi" məhz "Səbail"i geridə qoyaraq turnir cədvəlində 6-cı yerə yüksəldi.


oxunma sayı: 166 | Paylaş:




?>