')

Bu gün:


FutbolPress.Az | "Hamımız yumruğu bir nöqtəyə vurmağa çalışırıq" - Barqas

"Hamımız yumruğu bir nöqtəyə vurmağa çalışırıq" - Barqas


oxunma sayı: 267 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında VIII turun “Səbail” – “Neftçi” (0:4) oyunundan sonra qonaq komandanın futbolçusu Uqo Barqas jurnalistlərin suallarını cavablandırdı.

- Uzun müddət sonra böyükhesablı qələbə qazandınız. Matçla bağlı fikirlərin...
- Matçın əvvəlində istədiyimiz oyunu sərgiləyə bilmədik. Adi epizodlar zamanı ötürmə səhvləri edirdik, topu itirirdik. Ancaq ilk 10 dəqiqədən sonra komanda özünə gəldi və öz oyunumuzu tapdıq. Düşünürəm ki, vəziyyətimiz yaxşıya doğru gedir. Daha çox qol vura bilərdik. "Neftçi" azarkeşlərini və bütün klub rəsmilərini qələbə münasibəti ilə təbrik edirəm.

- "Neftçi"nin heyətində ilk dəfə dubl etdin. Şəxsi nəticə sənin üçün nə dərəcədə önəmlidi?
-  Buna görə çox sevinirəm. İnanıram ki, getdikcə komandama daha çox xeyir verəcəyəm. Ötən mövsüm az şans qazanırdım, davamiyyət olmurdu və bu, oyunumda eniş yaradırdı. Son 3 matçda məşqçimiz mənə inanır və bu, əlavə motivasiyadı. Oyundan-oyuna daha yaxşı çıxış etməyə çalışacağam.

- İlk dövrədə "Səbail"ə məğlub olmuşdunuz, bu gün isə darmadağınla qələbə qazandınız. Maraqlıdı, oyuna hazırlaşan zaman yeni baş məşqçi sizə necə motivasiya verir?
- Ola bilər ki, komandada fiziki cəhətdən axsaqlıq var idi. Milli komandaların oyunlarına görə yararan fasilə zamanı bu çatışmazlığı aradan qaldırmağa çalışdıq, öz üzərimizdə işlədik və bunun nəticəsini oyun zamanı gördük. Nəinki fiziki durum, oyunumuzda da artım var. Bütün bunlar komandanın istəkli olmasından irəli gəlir. Biz döyüşçülərik və hamımız yumruğu bir nöqtəyə vurmağa çalışırıq.

- 3 qolla "Neftçi"nin bombardirisən və azarkeşlər səndən daha artığını gözləyirlər. Necə düşünürsən, növbəti turda "Kəpəz"lə oyunda fərqlənə biləcəksənmi?
- Sabahdan "Kəpəz"lə oyunun hazırlıqlarına başlayacağıq. Ümumiyyətlə, matça komanda şəkilində yaxşı hazırlaşmalıyıq. Bizi Gəncədə çətin oyun gözləyir və azarkeşlərimizə demək istəyirəm ki, həmin oyunda əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. 


oxunma sayı: 267 | Paylaş:




?>