')

Bu gün:


FutbolPress.Az | Samir Əliyev: "Hesab daha böyük ola bilərdi"

Samir Əliyev: "Hesab daha böyük ola bilərdi"


oxunma sayı: 253 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında VIII turun “Səbail” – “Neftçi” (0:4) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Əliyev jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Belə məğlubiyyətdən sonra danışmaq çətindi. Hesab daha da böyük ola bilərdi. Çempionatda ən bərbad oyunumuz idi. “Neftçi” qələbəyə layiq oyun göstərdi

- Erkən qolu qırılma nöqtəsi saymaq olarmı?
- Oyunun gedişatı göstərirdi ki, “Neftçi” ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaqda istəkli idi. Rəqib futbolçuların ustalıq səviyyəsi də çox yüksəkdi. Boşluqlardan yaxşı istifadə etdilər.

- “Səbail” iddialı komandalara qarşı göstərdiyi oyunun yarısını edə bilmədi. Səbəb nə idi, rəqib sürətli idi, yoxsa sizdə alınmadı?
- “Neftçi” daha sürətli oynadı. Hər oyun bizim üçün təcrübədi. Bir az gözlənilməz oldu. “Neftçi” yüksək templə oynadı. İndi danışmaq çətindi. Səhvlərə baxmalıyıq.

- Sizi bəxtsiz məşqçi saymaq olar? “Neftçi”yə qalmaqallı dövrdə təyinat aldız, indi də yeni qurulabən komandaya gəldiz...
- Məşqçilik karyeram yeni başlayır. İndidən bəxtsiz demək tezdi. Yeni komanda formalaşdırmışıq. Bəlkə də gələn il indiki heyətdən 3-4 nəfər qalacaq. Rəhbərlik nə qədər güvənsə, çalışacağıq komandanı gücləndirək. Komandada futbolçu sayı çoxdu, amma keyfiyyət aşağıdı. Qarşıdan transfer fasiləsi gəlir. 6-7 futbolçunu göndərmək istəyirik. Tədricən bu proses gedəcək. Yaxşı kollektiv formalaşdırmağa çalışırıq.

- Ruslan Əmircanov komandanızdadı. Onunla müqavilə bağlanacaqmı?
- Hələ bilinmir. Təcrübəsinə güvənirik. Bizimlə məşq edir. Ola bilsin, dekabrda komandaya götürdük.


oxunma sayı: 253 | Paylaş:




?>