Bu gün:


FutbolPress.Az | "Barselona"dan "Tottenhem"ə?

"Barselona"dan "Tottenhem"ə?


oxunma sayı: 57 Paylaş:

FutbolPress"Barselona"nın futbolçusu Andre Qomeş komandanı tərk edə bilər. 24 yaşlı oyunçu oyun sayının azlığından narazıdı.

Paulinyonun gəlişindən sonra tamamilə arxa plana keçən yarımmüdafiəçi qışda İspaniyanı İngiltərəyə dəyişə bilər. "Tottenhem" onun xidmətində maraqlıdı. Yayda "Barsa"nı razı sala bilməyən londonlular qış transfer fasiləsi zamanı yenidən cəhd edəcək. Komandanın baş məşqçisi Maurisio Poçettino portuqaliyalı oyunçunun transferində israr edir.

Qomes bu mövsüm Kataloniya klubunun heyətində cəmi 28 dəqiqə oynamaq imkanı qazanıb.


oxunma sayı: 57 | Paylaş: