Bu gün:


FutbolPress.Az | Montellanın yerinə daha bir namizəd

Montellanın yerinə daha bir namizəd


oxunma sayı: 42 Paylaş:

FutbolPressYayada transferlərə çoxlu pul xərcləyən "Milan" rəhbərliyi komandanın çıxışından narazıdı. Klubun 7 turdan sonra A Seriyasında 7-ci olması baş məşqçi Montellaya olan inamı azaldıb.

İtaliyalı mütəxəssisin vəziyyəti düzəldə bilməyəcəyi halda postundan qovulmaq ehtimalı yüksəkdi. "Milan"ın idman direktoru Massimilyano Mirabelli artıq Vinçenzonun yerinə namizədini də müəyyənləşdirib. Bu, hazırda İsveçrə yığmasını çalışdıran Vladimir Petkoviçdi. Bir vaxtlar "Latsio"da baş məşqçilik edən xorvatiyalı mütəxəssis yığmadakı uğurlu işi ilə diqqətləri üzərinə çəkib.

"Milan" həftəsonu derbidə "İnter"lə üz-üzə gələcək.  Komandanın bu oyunda uğursuzluğu artıq Montellanın postu ilə vidalaşmasına səbəb ola bilər.


oxunma sayı: 42 | Paylaş: