Bu gün:


FutbolPress.Az | Prosineçkinin yerinə türkiyəli namizəd? (YENİLƏNİB)

Prosineçkinin yerinə türkiyəli namizəd? (YENİLƏNİB)


oxunma sayı: 420 Paylaş:

FutbolPressDekabrda Azərbaycan millisinin baş məşqçi postunda müqaviləsi başa çatacaq Robert Prosineçkini türkiyəli mütəxəssis əvəzləyə bilər. Söhbət Engin Fıratdan gedir.

Bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb. Bildirilir ki, son olaraq ABŞ-da "Dallas Siti"ni çalışdıran 47 yaşlı mütəxəssis Azərbaycan millisinə rəhbərlik edə bilər.

Onun ölkəmizlə yanaşı Moldova və Kosovo yığmalarına da işləmək variantları var. Fıratın Moldovada işləmək ehtimalının isə daha çox olduğu deyilir.

Prosineçkinin AFFA ilə müqaviləsi dekabrda başa çatır. Xorvatiyalı mütəxəssis açıqlamalarında yeni sözləşmə imzalamaq fikrində olmadığını söyləyib. Onun adı Sloveniya və Bosniya və Herseqovina yığmaları ilə birgə hallanır.

***        ***      ***

Adı Azərbaycan millisi ilə hallanan  Engin Fırat yayılan xəbərlərə münasibət bildirib. O, ajansspor.com-a açıqlamasında millimizdən təklif almadığını deyib:

"Yeni komanda tapmaq istəyirəm. Bəzi klublardan təklif almışam. Milli komandada da çalışa bilərəm. Moldova və Kosovodan rəsmi təklif almışam, ancaq Azərbaycandan təklif yoxdur".


oxunma sayı: 420 | Paylaş: