')

Bu gün:


FutbolPress.Az | Bultuisin müsahibəsinə baxış   (KİÇİK QEYD)

Bultuisin müsahibəsinə baxış  (KİÇİK QEYD)


oxunma sayı: 817 Paylaş:

FutbolPressBu yay "Qəbələ"yə gələn Deyv Bultuisin Hollandiya mətbuatındakı müsahibəsi böyük hadisədi. Bultuis elə bil müsahibə verməyib, əməlli-başlı köşə yazıb.

Azərbaycanı təsvir eləyib.

Müsahibə belə başlayır: "Qəbələdə heç nə yoxdu. Küçələrdə inəklər gəzir. Əhalisi çox azdı. Onlar belə oyunlara gəlmirlər. Azərbaycanda yaxşı futbol mədəniyyəti yoxdu. Burada futbolun inkişafı üçün ciddi səylər göstərilir. Amma azarkeşlərə oyunlar maraqlı deyil. Biz çempionatda 7 komandaya qarşı oynayırıq. Bütün futbolçular paytaxt Bakıda yaşayırlar. Çünki Qəbələdə yaşanacaq heç nə yoxdu. Çempionatın səviyyəsi Hollandiya birincliyinin sonuncu yerləri üçün mübarizə aparanların mübarizəsinə bənzəyir. Əksər klublar Çempionlar Liqasında çıxış edən “Qarabağ” kimi ev oyunlarını Bakıda keçirirlər. Azərbaycanın ürəyi Bakıdı. Bütün neft pulları bu şəhərdə dövr edir".

Təkcə bu sitat avropalıyla bizim - asiyalıların fərqini çılpaqlığıyla ortaya qoyur. Onların futbolçusu öz fikrini necə geniş miqyaslı, tutarlı ifadə eləyə bilir...
Bizim futbolçu isə, "İnşallah ki... yəni ki... allah qoysa ki... qəlyanı qreyfrutlu elə, ay brat..." və s.

"Bütün neft pulları bu şəhərdə dövr edir" cümləsini deməkçün sən gərək futbolçu yox, politoloq olasan. Adam necə gözəl müşahidə və təsvir savadına malikdir (misalçün, Araz Abdullayevə Kipr haqda soruşsan, görəsən nə danışar).

Şoka düşməyə bilmirsən...

"Çox yaxşı müqavilə imzaladım. Maliyyə cəhətdən yaxşı təklif idi. APOEL və “Sürix”dən təklif almışdım. Lakin bu klublar “Qəbələ” qədər pul təklif etmədilər. Bu cür puldan imtina edə bilməzdim. Amma indi düşünürəm ki, pul məni xoşbəxt etmir".

Kiçik araşdırma apardıq. APOEL-in ən aşağı qiymətə transferi 350, "Sürix"inki isə 200 min avro olub. Deməli, Bultuis 350 min avroluq (700 min manat) transferi qoyub, "Qəbələ"yə gəlməkçün daha çox pul alıb. Əcəba, qəribə mənzərə əmələ gəlmirmi?

Bəs "Qəbələ"nin maliyyə çətinlikləri? Bəs qənaət rejimi? Bəs bunların fonunda bu nə tez-tez futbolçu trasfer eləməklər? Bu nə tez-tez heyət dəyişməklər?

Həqiqət harda gizlənib? Yoxsa biz onu görmürük...

Daha sonra Bultuis bura sırf pul qazanmaq məqsədiylə gəldiyini, lakin peşman olduğunu, gələn il geri qayıtmaq istədiyini deyib.
Necə gözəl. İnsan maddiyyatdan imtina edib, mənəvi istəklərini üstün tutursa, deməli, mədəniyyətə sahibdir. 

***               ***               ***

Qəribə tendenasiya mövcuddu. İnsanlarımız bu cür danışan futbolçu, yaxud məşqçiləri möhkəm qınayır. "Haram olsun çörəyimiz" janrında gileylərin geridəqalmışlıq olduğunu bilməkçün kiçik bir detala fikir verək.

Tutalım, Berti Foqts Azərbaycan yığmasını çalışdırırdı və buna görə 2.2 milyon avro illik məvacib alırdı. Bu, o demək deyil ki, o,  xarici mediaya müsahibələrində ölkə haqda tənqidi fikirlər səsləndirməməlidir. Yəni pul buna görə verilmir ona. "Çörəyimiz haram olsun!" deyəndə də bir az yanlışa yol veririk.
O çörək bizim deyil, oliqarxiyanındır.
Necə istəsə, elə də yedirdər...
O çörəyin bizim olması üçün mübarizə aparmışlığımız olmayıb. Odur ki, az deyinək...

Misalçün, hazırkı milli çalışdırıcısı Robert Prosineçki hədəfdədir. Millətimizin müəyyən qismi onu naqislikdə təqsirli bilir. Niyə ki, o, daha burda qalmaq istəmədiyini, Azərbaycanda işləməyin ona xoş olmadığını deyib.

Bir insan hiss etdiyini deyirsə, o bizimçün nədən naqis sayılmalıdır? Bəlkə biz baxıb, eyiblərimizi sağaldaq?

İndi Bultuisin müsahibəsini oxuyub feyziyab olmaqlığımın yanında həm də bir utanmaq hissi var məndə. O qədər utanmaq ki, heç onu və digər avropalıları bizə qarşı tənqidi fikirlərinə görə qınaya da bilmirəm. 

Elçin Cəlilov


oxunma sayı: 817 | Paylaş:




?>