Bu gün:


FutbolPress.Az | Rauf Əliyev Albaniyada ilk qolunu vurdu

Rauf Əliyev Albaniyada ilk qolunu vurdu


oxunma sayı: 157 Paylaş:

FutbolPressAlbaniya çempionatında 5-ci turun oyunları keçirilir.

Azərbaycanlı futbolçu Rauf Əliyevin çıxış etdiyi  “Kukesi” səfərdə “Luşnya” ilə qarşılaşıb. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollardan birini Rauf Əliyev vurub. Təcrübəli forvard 60-cı dəqiqədə fərqlənərək, Albaniya çempionatında qol hesabını açıb.

5 turdan sonra aktivində 10 xal olan "Kukesi" turnur cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


oxunma sayı: 157 | Paylaş: