Bu gün:


FutbolPress.Az | "Araz" Malta çempionuna qarşı

"Araz" Malta çempionuna qarşı


oxunma sayı: 30 Paylaş:

FutbolPressFutzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Araz” bu gün ikinci oyununu keçirəcək. Təmsilçimiz Malta çempionu “St Andreus”la qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

İlk oyunda “Mostar”la (Bosniya və Herseqovina) qarşılaşan çempionumuz 5:2 hesabı ilə qələbə qazanıb. “St. Andreus” isə qrup oyunlarına ev sahibliyi edən Rumıniya “Deva”sına 2:5 hesabıyla uduzub.

UEFA Kuboku
8-ci qrup
11 oktyabr

17:30. “Araz” - “St. Andreus”

Hakimlər: Kirill Naishouler (Finlandiya), İbrahim El Jilali (Hollandiya), Toma. Frak (Polşa).


oxunma sayı: 30 | Paylaş: