Bu gün:


FutbolPress.Az | "Barselona" Koutinyodan əl çəkmir

"Barselona" Koutinyodan əl çəkmir


oxunma sayı: 35 Paylaş:

FutbolPress"Barselona" yayda heyətinə qata bilmədiyi Filipe Koutinyodan əl çəkmək fikrində deyil. Kataloniya klubu qışda braziliyalı futbolçu üçün yenidən "Liverpul"un qapısını döyəcək.

Bu barədə klubun idarə heyətinin üzvü Oskar Qrau məlumat verib. O bildirib ki, qış transfer pəncərəsi zamanı yeni futbolçular cəlb etməyi düşünəcəklər və onların arasında Koutinyo da var.

Yay transfer pəncərəsi dövründə "Liverpul"un 200 milyon avro istəməsi bu keçinin baş tutmasına imkan verməmişdi.


oxunma sayı: 35 | Paylaş: