Bu gün:


FutbolPress.Az | Arda "Fənərbağça"ya keçə bilər

Arda "Fənərbağça"ya keçə bilər


oxunma sayı: 235 Paylaş:

FutbolPress"Barselona"da heyətə düşə bilməyən Arda Turan qışda komandanı tərk edə bilər. Türkiyəli futbolçunun adı böyük beşlik çempionatlarındakı bir sıra klublarla çəkilsə də, ölkəsinə qayıtmaq ehtimalı da var.

Qonşu ölkə mətbuatında yer alan xəbərlərə görə, "Fənərbağça" Ardanın xidmətində maraqlıdı. Klub rəsmiləri  futbolçu ilə görüşərək, qapılarının hər zaman üzünə açıq olduğunu bildiriblər. Ardanın da bu təklifi isti qarşıladığı deyilir.

Təcrübəli yarımmüdafiəçinin "Qalatasaray"a qayıtmaq ehtimalı da var. Ancaq bu komandanın azarkeşləri onun gəlməsini istəmir.


oxunma sayı: 235 | Paylaş: