Bu gün:


FutbolPress.Az | Prosineçki ilə bağlı yeni iddia

Prosineçki ilə bağlı yeni iddia


oxunma sayı: 165 Paylaş:

FutbolPressAzərbaycan millisinin baş məşqçisi Robert Prosineçki barədə yeni iddia ortaya atılıb. Dekabrda müqaviləsi bitəcək xorvat mütəxəssisin Bosniya və Herseqovina millisini çalışdıra biləcəyi iddia edilib.

Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Xəbərdə yerli federasiyanın yığmanın hazırkı baş məşqçisi Mehmed Bajdareviçlə yeni müqavilə bağlamayacağı, onu məhz Prosineçki ilə əvəzləmək istədikləri qeyd edilib.

Bosniya və Herseqovinaya qədər Prosineçkinin Sloveniya yığmasına namizəd olduğu deyilirdi.


oxunma sayı: 165 | Paylaş: