Bu gün:


FutbolPress.Az | “Qarabağ” – “Atletiko”: neçə bilet satılıb?

“Qarabağ” – “Atletiko”: neçə bilet satılıb?


oxunma sayı: 134 Paylaş:

FutbolPress“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin III turunda oktyabrın 18-i İspaniyanın “Atletiko” klubunu qəbul edəcək.

Aartıq qarşılaşmaya təxminən 30 000 bilet satılıb. Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla şəxsiyyət vəsiqəsiylə birbaşa biletləri əldə edə bilər.

Onlayn bilet əldə etmək istəyənlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidir.

“Qarabağ” – “Atletiko” matçı oktyabrın 18-i, saat 20:00-da start götürəcək.

Satış məntəqələri:
“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)


oxunma sayı: 134 | Paylaş: