Bu gün:


FutbolPress.Az | Rəşad Sadıqov qəza törətdi

Rəşad Sadıqov qəza törətdi


oxunma sayı: 256 Paylaş:

FutbolPress“Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib.

Hadisə bu gün baş verib.

Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov, “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib. O, idarəetməni itirərək avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin “Range Rover” markalı maşını əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb.

Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Məlumatı Ağdam klubundan da təsdiqləyiblər. (Yenicag.az)


oxunma sayı: 256 | Paylaş: