Bu gün:


FutbolPress.Az | Millətlər Liqası: Azərbaycan Ermənistanla eyni qrupa düşməyəcək

Millətlər Liqası: Azərbaycan Ermənistanla eyni qrupa düşməyəcək


oxunma sayı: 91 Paylaş:

FutbolPressUEFA Millətlər Liqasının püşkatma mərasimində Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşməyəcəklər.

Avropa futbol qurumu bu iki ölkə ilə yanaşı, Rusiya və Ukraynanın da B Divizionunda fərqli qruplara salınması barədə qərar qəbul edib. Səbəb kimi ölkələrarası münasibətlərin olmaması göstərilib.

Millətlər Liqasında UEFA-ya üzv olan 55 yığma 4 Diviziona bölünüb. Hər Divizionda 4 qrup olacaq. Azərbaycan Ermənistanla birgə D Liqasında qərarlaşıb.

Püşkatma mərasimi 2018-ci il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində keçiriləcək.


oxunma sayı: 91 | Paylaş: