Bu gün:


FutbolPress.Az | Millinin sabiq üzvü "Kəpəz"də

Millinin sabiq üzvü "Kəpəz"də


oxunma sayı: 30 Paylaş:

FutbolPress"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib. Gəncə klubu Məhəmməd Qurbanovla müqavilə imzalayıb.

Çempionatda yaranan fasilə müddətində Məhəmməd Qurbanov “Kəpəz”də baxışdan keçib. Baş məşqçi Şahin Diniyevin etimadını doğruldan futbolçu ilə razılıq əldə olunub.

Hücumçu mövqeyində çıxış edən Qurbanov ilə cari mövsümün sonuna kimi müqavilə bağlanıb. 25 yaşlı oyunçu "Kəpəz"də 24 nömrəli forma ilə çıxış edəcək.

Əvvəllər “Sumqayıt” və “Neftçi”də də oynamış Məhəmməd Qurbanov müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının şərəfini qoruyub. O, əsas millidə də oynayıb.  


oxunma sayı: 30 | Paylaş: