Bu gün:


FutbolPress.Az | MOİK və "Mil-Muğan" 1/8 finalda

MOİK və "Mil-Muğan" 1/8 finalda


oxunma sayı: 84 Paylaş:

FutbolPressAzərbaycan Kubokunda 2017/2018 mövsümünə start verilib.

İlk gündə 1/16 final mərhələsinin oyunları keçirilib. Bu mərhələdə I Divizionun 4 komandası 1/8 finala 2 vəsiqə uğrunda mübarizə aparıb.

Oyunların biri bölgədə, digəri paytaxtda təşkil olunub. "Ağsu" "Mil-Muğan"ı, MOİK isə "Turan Tovuz"u qəbul edib. 

Qeydə alınan nəticələr "Mil-Muğan" və MOİK 1/8 finala yüksəldib. Bu komandalar növbəti mərhələdə müvafiq olaraq, "Qəbələ" və "İnter"lə üz-üzə gələcəklər.

Azərbaycan Kuboku
1/16 final

14:00. "Ağsu" - "Mil-Muğan" 0:1
Qol:
Vasif Mehrəliyev, 80

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Nahid Əliyev, Ramiz Məhərrəmov
Ağsu şəhər stadionu

14:00. MOİK - "Turan Tovuz" 2:1
Qollar:
İsmayıl İbrahimli, 13, Qərib İbrahimov, 87 - Elnur Səmədov, 40

Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Alik Yunusov
"Bakı” FK-nın təlim-məşq  bazasının stadionu


oxunma sayı: 84 | Paylaş: