Bu gün:


FutbolPress.Az | Cavid Qarayev, Cәmilә xanım vә BOS haqda - SON QEYD

Cavid Qarayev, Cәmilә xanım vә BOS haqda - SON QEYD


oxunma sayı: 401 Paylaş:

FutbolPressBOS-un boşluqları yazısı narahatlıq/narazılıq yaradıb. Daha doğrusu, arenanın media vә ictimaiyyәtlә әlaqәlәndiricisi Cәmilә xanım etirazını bildirib. Azәrbaycan - Çexiya matçında stadionun media mәrkәzindә. Soraqlıyırmış ki, Elçin Cәlilov hanı? Mәnә deyәcәklәri varmış. Müәyyәn hissәsi dә elә ordaca qısa "konsensusa" çevrilib.

Mәn olmasam da, әmәkdaşlarımız stadionda olub. Mәn olmasam da, әlaqә nömrәmiz var.

Niyәsә bu şeylәri bilә-bilә Cәmilә xanım mәni mәn olmayan yerdә axtarıb. Әlbәttә, bu, sәbәbsiz deyil. Cәmilә xanım stadionun boşluqları haqda yazılarımıza görә auraya düşür. Anlaşılandı.

Bu haqda bir neçә xәbәr eşidәndә vә bunu başqa bir neçә yaxın şahiddәn dәqiqlәşdirәndәn sonra Cәmilә xanımla әlaqә saxladım.

- Buyurun, Cәmilә xanım, mәni axtarmısınız. Nәsә sözünüzmü var? Nә әcәb özümlә әlaqә saxlamaqdansa....
- Yox, elә ciddi bir şey deyildi...

Vә belәcә biz hәmkarla yenә geniş söhbәtlәşdik. Mәnzәrәni müzakirә etdik. Bir-birimizә müәyyәn qeydlәrimizi bildirdik vә s.

***   ***   ***

Düşünürәm ki, Cәmilә xanım fәdakarlıq edәrәk, sәlahiyyәtlәrini aşacaq hәddә BOS-un haqlarını qoruyur vә bu, belә dә olmalıdır.

Cәmilә xanıma heç bir irad yoxdur. O, hәtta әn bәyәndiyimiz PR menecerlәrdәndir. Bunları niyә qeyd edirәm? Cәmilә xanımın episentra gәtirilmәsi/salınması gülüncdür.

Bizim qaldırdığımız mövzu stadionun direktoru Cavid Qarayevin vәzifәsinin icrasındakı qüsurları vә mәvacibinin hәddәn yüksәk olmasıdır. Cәmilә xanımın sözü olmasın, "Siz Cavid bәyi tanımırsınız, axı o..."

Bәli, hәqiqәtәn dә bir-birimizi tanımırıq. Vacib dә deyil. Hәtta gülmәlidir bu detalı müzakirәyә çıxarmaq. Ancaq çıxaranlar var. Ümumiyyәtlә, mәsәlәlәrә belә köntöy yöndәn baxanlar daim çoxluq tәşkil edib. Elәlәrinә nәyisә anlatmaq mümkünsüz...

Sizә deyәk, bilәsiniz. Cavid bәy haqda yazdığımız onlarla, yüzlәrlә digәr futbol mәmuru haqda yazdığımız kimi. Yәni hamının haqqında, hansısa tәnqidi detal olarsa, yazmaq/qabartmaq vәzifә borcumuz vә s. Cәmilә xanımlıq burda bir şey yoxdur.

"Mәndәn tez-tez soruşurlar ki, “Futbolpress” BOS haqda yazıb, baxmısız? Görәsәn..." deyәn Cәmilә xanıma da dedik, siz dә agah olun. Әgәr bir gün sizin dә haqqınızda yazsaq, Cәmilә xanıma intensiv verilәn suallardan әtrafdakılar sizә dә verәcәk.

Sәbәb birdir.

"Futbolpress" nadir KİV-lәrdәndir ki, gördüyünü vә bildiyini tәxirә salmır, yazır. Mütlәq yazır. Әlbәttә, obyektivә gәlәcәk, maraqlanacaqlar. Burda qeyri-adi heç nә yoxdur.

Suallarımız lokal, konkretdir:

- BOS-un direktoru vәzifәsindә Cavid Qarayevin 20 min manat maaş aldığını üç vә daha artıq fәrqli mәnbәdәn eşitmişik. Dәqiqlәşdirmәk imkanı yoxdur. Ona görә bunu dәrc etmәyә KİV qanun vә qaydaları әsas verir.

- Cavid bәyin buna etirazı varsa; mәhkәmәyә müraciәt elәmәk, maaşını rәsmi açıqlamaq vә s. imkanları var. Bununçün bizim Cavid bәylә görüşmәyә, ona zәng elәmәyә mәcburiyyәtimiz yox. Bunu bilmәyiniz vacibdir. “FutbolPress”də kiminsә, nәyinsә haqqında yazanda mәqsәdimiz hәqiqәtin üzә çıxmasıdır, hәmin subyektlә görüşmәk yox. Ona görә dә qarşı tәrәfin, "Sözünüz vә ya sualınız vardısa, Cavid bәylә әlaqә saxlayardınız" demәsi taftalogiya...

- BOS-un digәr problemlәri dә... Bu haqda da bunadәk mәqalәlәrimizdә yazmışıq. Yenidәn burda qeyd etmәk makulatura...

Bu qәdәr. Sadә vә bәsit. Suallara cavabı rәsmi internet resursları vasitәsiylә dә açıqlamaq mümkündür. Heç bir görüşә vә danışığa ehtiyac yoxdur.

Cavid bәylә müsahibә isә ola bilәr. Ancaq saqqız kimi çeynәnən bu problemlәr yoluna qoyulandan, mediada yazılanlara әhәmiyyәt verilәndәn sonra. Yәni bunlar köhnә mövzular... Yeni suallara cavab isә әlbәttә, lazımdır. Mәtbuat nümayәndәlәri üçün açıq görüş dә keçirә bilәrsiniz.

Elçin Cəlilov


oxunma sayı: 401 | Paylaş: