')

Bu gün:


FutbolPress.Az | Qəbələdə gördüklərim (QEYD)

Qəbələdə gördüklərim (QEYD)


oxunma sayı: 926 Paylaş:

FutbolPress*  Yolumuz Qəbələyədi. İsmayıllının girişindəydik, 0:2 nəticələnən "İnter" -  "Neftçi" matçı başa çatdı. Autsayderlərdən birinin xal qazandığını qabardan kimi, "Niyə də digəri yox?" versiyası ortaya atıldı və "Yox da, "Qəbələ" "Kəpəz"ə öz meydanında uduzar?" dilemması yaratdıq. Bu mövzuda son fikir, "Kəpəz" Qriqorçukun komandası üçün arzulanmaz rəqibdi" oldu.

*  Oyuna 5 dəqiqə qalmış Qəbələ stadionuna çatdıq. Yenə azarkeş yoxsulluğu və yenə Qəbələdə qulaq batıran sükut... Keçən dəfə də qeyd eləmişəm, Qəbələdəki bu sükunətin havası tam başqadı; nəsə olacaq...

*  "Qəbələ" hücum edir, "Kəpəz" isə lazımı anda lazımi nöqtələri qapayır. Matçın ilk hissəsi bu məcrada davam edir və bitir.

*  İkinci başlayır və yenə həmin "Qəbələ"ni görürük. Bu arada oyun gəncəlilərin meydanında keçirilməliydi. Gəncə stadionundakı ot örtüyü göyərənədək  qara daşı göyərdi...

*  İkinci hissənin əvvəlləri. "Qəbələ" hələ də qurmaq istədiyi hücumlarda özü öz işini qəlizləşdirir; oyunçular "Kəpəz"inkilərdən fərqli olaraq tez-tez sürüşüb, yıxılır (Rekord Elvin Məmmədovundu, 4 dəfə), meydanın rəqibə aid hissəsində anlaşılmaz pas kombinasiyaları ilə "nrç, nrç!" sədalarına səbəb olurlar.

*  Rəqib hücumlarındakı yetərsizliyi duyan Şahin Diniyev komandaya bir neçə dəfə "açılmağı" göstəriş verir. "Kəpəz" daha radikal əks-hücumlara başlayır.

*  Künc nöqtəsindən ötürülən topdan sonra "Qəbələ" Kərim Diniyevin baş zərbəsiylə cəzalandırılır - 1:0

*  Kor-koranə hücumlar davam edir. Komandada sistematik oyundan söhbət getmir. Fərdlərin nəsə eləməsi də çevik qapanan rəqiblə oyunda heç nə deməkdir...

*  "Kəpəz" hesabı açmasına rəğmən özünəinamda problem yaşayır. Bu arada, Diniyevin "açılmaq" göstərişləri əl-qol hərəkətləriylə daha qabarıq şəkil alır.

*  Rabitəsiz oyun, xəritəsiz ötürmələriylə özü öz oyunundan bezən "Qəbələ"yə qarşı əks-hücumlar daha intensiv hal alır. "Kəpəz" qapanıb hesabı qorumaq yolunu tutmamaqla alqışalayiq davranış edir. Elə bunun nəticəsi kimi, 56-cı dqiqədə sol cinahdan mini reyd edən İlkin Sadıqov baxımlı qolla hesabı dəyişir - 0:2. 

*  İlkin rəqibi aldadır, topu saxlayır, çevrilir, qapıya baxır, zərbə vurur və bütün bu hadisələrə çempionluğa iddialı "Qəbələ"lilər mane ola bilmir...

*  "Nizami Gəncəvi posterinin üstünə "Kəpəz" yazan və "Kəpəz" müstəqil fan-klubu" pankartı açan 20-25 nəfərdən ibarət azarkeş dəstəsi qol sevincini qeyd edir. Ancaq ikinci qola birincidən az qışqırırlar. Ümumiyyətlə, ikinci qoldan sonra onlar sanki yorulmuşdular, oturub, seyr edirdilər.

*  Qriqorçukun müdafiəni sağlamlaşdırmaqçün əvəzetmədən meydana buraxdığı Bultuis çıxarılır, yerinə hücum xətti gücləndirilir. Ekiqo Ehiosun meydana buraxılır. Müxtəlif dəyişikliklər edilir, ancaq  "qırmızı-qaraların" qol arzusu kama çata bilmir ki bilmir...

* Həm əvəzetmələr, həm elə də çox olmayan rotasiyalar Qriqorçukun "drujinası" üçün fayda vermir. Yenə yağışlı havada tez-tez sürüşən tərəf "Qəbələ" oyunçuları olur. Yadıma "Kəpəz"ə Gəncədə 3 cavabsız qolla uduzduqları matçdan sonra ən çox bərbad meydançadan şikayətlənmələr düşür... Matçın sonlarına yaxın "təsəlli qolu" cəhdləri də boşa çıxınca "bolşe" də alnmır; "bolşe zəhrimara" və s. və i.a

*  Mühüm şəxslər tribunasında həyəcanlı, əsəbi, gərgin "Qəbələ" funksionerlərini görürük. Bəs qonaq komanda "Kəpəz"in rəsmiləri hardadır? Bilmirik hardadılar, ancaq burda deyillər. Ən çox da Mikayıl Nərimanoğlunu axtarırıq. Yoxdur. Hardadr? Yəqin AFFA Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri postundakı işinin başındadı. Yəni "Kəpəz"in rəsmisi deyəndə gözümüzün önündə ilk canlanan şəxs odur, o da yoxdur.

*  Oyunsonrası. Miks-zona: "Kəpəz"in oyunçuları danışmağa həvəsli, "Qəbələ"lilər isə pərt, əsəbi, heç biri açıqlama vermir.

*  Oyunsonrası. Məşqçilərin mətbuat konfransı: Şahin Diniyev "Səbail"ə məğlubiyyətdən sonra ümidsizliyə qapıldığını, indi isə ümidləndiyini deyir, əlavə edir ki, komandanı gücləndirməkçün elə çox imkan olmasa da, bundan şikayətlənməli deyil. Çünki bu vəziyyəti bilərək təklifi qəbul edib. Roman Qriqorçuk isə deyəsən ilk dəfə idi ki, "Bütün məsuliyyəti boynuma götürürəm" deyirdi. "Necə olacaq bu işlərin axırı" - təmkinli olmağı məsləhət bilir...

* Qəbələdəki qulaqbatıran sükunəti asta-asta tərk edirik. Sabahkı (bugünkü) "Səbail" - "Sumqayıt", birisigünkü (sabahkı) "Qarabağ" - "Zirə" matçlarından əvvəl artıq turu bunadək olanlar içində ən maraqlı hesab eləmək olar. Autsayderlərin triumfu deyək, benefisi deyək... "Neftçi"nin 2:0-lıq qələbəsinin ardınca turnir cədvəlindəki qonşusu "Kəpəz" də eyni hesablı qələbəylə "dadibidad" dedirdib, təəccübümüzü-filanı oyadır.

* PFL prezidenti Ramin Musayevin "gələn il Topaz Premyer Liqasında 12 komanda olacaq" açıqlaması ilə qeydimizi bitiririk. Ümid sonda ölür. Son.

Elçin Cəlilov


* Foto "gabalafc.az"dan götürülüb


oxunma sayı: 926 | Paylaş:




?>