')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin akademiyasında yeni yataqxana hazırlanır (MÜSAHİBƏ + FOTOLAR)

"Qəbələ"nin akademiyasında yeni yataqxana hazırlanır (MÜSAHİBƏ + FOTOLAR)


oxunma sayı: 848 Paylaş:

FutbolPressSon illərdə “Qəbələ” Futbol Akademiyası gördüyü işlərlə diqqətləri üzərinə çəkməyi bacarıb. Akademiyadan Azərbaycan millisinə, “qırmızı-qaralar”ın əsas komandasına bir sıra futbolçular bəxş edilib. Hətta buranın yetirmələri arasında ölkə xaricinə yollananlar da var.
 
2009-cu ildən fəaliyyət göstərən akademiyada buyaxınlarda yenilik gözlənilir. Burda futbolun sirlərinə yiyələnən uşaqlar üçün yeni yataqxana hazır olmaq üzrədi. Onlar yaxın aylarda lüks şəraitli yeni binaya köçəcəklər. Birvaxtlar Qəbələ oteli kimi fəaliyyət göstərən bina yaxın zamanda yeniyetmə futbolçuların ixtiyarına veriləcək.
 
Hazırlanmaqda olan yeni yataqxananın ərazisində olduq və “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimovla söhbətləşdik. Klub rəsmisinin sözlərinə görə, akademiyanın uşaqları yaxın 1-2 ay ərzində ora köçəcəklər:
 
“2009-cu ildən akademiyamız fəaliyyət göstərir. İndiyə qədər uşaqlar köhnə yataqxanada yerləşdirilmişdilər. Ancaq yenisi hazır olmaq üzrədi. Uşaqları yaxın 1-2 ayda bura köçürəcəyik.  Yeni yataqxanada futbolçular üçün 75 yataq var. Həmçinin bir həkim və üç tərbiyəçi-müəllim üçün yataqlar nəzərdə tutulub”.
 
Həmsöhbətimiz akademiyanın ümumi fəaliyyəti barədə də məlumat verdi. O bildirdi ki, hazırda orda 250 civarında yeniyetmə futbolu öyrənir. Klub xüsusi kütləviləşdirmə proqramıyla Qəbələnin hər yerindən uşaqları futbola cəlb etməklə bağlı iş aparır:
 
“250-yə yaxın lisenziyalı futbolçumuz var. Hazırda kütləviləşdirmə proqramı həyata keçiririk. Bu, şəhər daxil olmaqla Qəbələnin digər kəndlərini də əhatə edir. Bunun əsasında məktəbli uşaqları futbolla tanış edirik və onların arasında uyğun olanları akademiyamıza götürürük. Qəbul olunan uşaqlar artıq lisenziyalı futbolçular sayılırlar”.
 
Nail bəyin sözlərinə görə, akademiyanın uşaqları məşqlərini Qəbələşəhər stadionunun meydançalarında keçirirlər, həmçinin Böyük Əmirli kəndində başqa bir stadion da var:
“Bütün bazamız bir yerdə toplaşıb. Məşqlər stadionun ətrafındakı meydançalarda keçir. Hazırlıq əsasən burda baş tutur. Əlavə olaraq, Böyük Əmirli kəndində stadionumuz var. Amma orda iqlim şəraiti bir qədər fərqlidi. Hava nisbətən mülayim olur. Burdakı meydançaları qar örtəndə məşqləri orda keçirik”.
 
Nail Kərimov futbol bölgəsi kimi tanınmayan Qəbələdə artıq bunun təməlini qoyduqlarını, bununla birgə istedadlı uşaqların get-gedə daha çox ortaya çıxacağını söylədi:
“Biz bu işə başlayanda akademiyada Qəbələdən olan uşaqların sayı olduqca az idi. Bunu normal qəbul edirdik. Çünki şəhərdə elə bir nümunə yox idi ki, uşaq futbolla məşğul oldu, bir sənətə yiyələndi, gələcək qurdu. Ona görə də valideylənlər uşaqlarını futbola qoymaq istəmirdilər. Ancaq vaxt keçdikcə bu tendensiya dəyişdi. İnsanlar gördülər ki, hansısa kənddən çıxan uşaq milli komandanın kapitanı ola bilir, İtaliya, Almaniyaya gedir, pul qazanır. Həmçinin əsas komandanın uğurları da bunda bir rol oynadı. Beləcə, artıq yerli uşaqları da futbola cəlb etməyimiz mümkün oldu. İstedad hər yerdə var. Bu, dünyanın hər tərəfinə paylanıb, sadəcə aşkara çıxarmaq lazımdı. Qəbələdə məktəb yox idi deyə alınmırdı, ancaq indi akademiyamız var, istedadlar üzə çıxır və çıxacaq. Bunun bünvrəsini qoymuşuq, ancaq hələ məsafə qət etməliyik. Futbol ənənəyə çevrilməlidi”.


Yeni yataqxananın fotoları

























 
 




"Qəbələ" Futbol Akademiyasının hazırkı yataqxanası









oxunma sayı: 848 | Paylaş:





?>