')

Bu gün:


FutbolPress.Az | Millinin sabiq üzvü danışılmış oyunun iştirakçısı olub

Millinin sabiq üzvü danışılmış oyunun iştirakçısı olub


oxunma sayı: 241 Paylaş:

FutbolPressTürkiyə futbolunda daha bir danışılmış oyun üzə çıxıb.

Bu barədə yerli federasiya məlumat yayıb. Bildirilir ki, ötən mövsüm I liqada baş tutan “Manisaspor” – “Şanlıurfaspor” matçında nəticəyə kənar təsirlər olub. Məsələ ilə bağlı “Manisaspor”un futbolçusu İsmail Haktan Odabaşı TFF İntizam Komitəsi tərəfindən aparılacaq araşdırmaya cəlb olunub.

14.05.2017-ci il tarixində keçirilmiş “Manisaspor” – “Şanlıurfaspor” oyununda meydan sahibləri 2:0 hesabıyla qalib gəlib. Geridə qalan mövsümdə manisalılar 39 xalla 12-ci yeri tutub. “Şanlıurfasposr” iə 36 xalla 16-cı yeri tutaraq aşağı liqaya yuvarlanıb.

Hazırda “Samsunspor”da forma geyinən Azərbaycan millisinin sabiq müdafiəçisi Ufuk Budak da keçən mövsüm “Manisaspor”da oynayırdı. O, hətta sözügedən oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.


oxunma sayı: 241 | Paylaş:




?>