')

Bu gün:


FutbolPress.Az | Arda qışda klubunu dəyişəcək

Arda qışda klubunu dəyişəcək


oxunma sayı: 499 Paylaş:

FutbolPress"Barselona"nın futbolçusu Arda Turan qışda komandanı tərk edəcək. 

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Bildirilir ki, təcrübəli oyunçu "Qalatasaray"a keçəcək. O, artıq bununla bağlı klub rəhbərliyi ilə danışıq aparıb.

Ardanın yayda da İstanbul təmsilçisinə keçidi gündəmdə idi. Ancaq həmin zaman yarımmüdafiəçi azarkeşlərin bir qisminin onu istəməməsinə görə "cim-bom"la müqavilə bağlamamışdı. Ancaq "Barsa"nın yeni baş məşqçisi Ernesto Valverdenin planlarına daxil olmadığını başa düşən Arda qərarını dəyişib.


oxunma sayı: 499 | Paylaş:




?>