')

Bu gün:


FutbolPress.Az | Azərbaycanlı futbolçulara Avstriyada "yaşıl işıq"

Azərbaycanlı futbolçulara Avstriyada "yaşıl işıq"


oxunma sayı: 413 Paylaş:

FutbolPressAvstriyanın aşağı liqasında çıxış edən Vyana “Qarabağ”ına bu yay transfer etdiyi Elvin Bədəlov və Dmitri Nağıyevi oynatmaq icazəsi verilib. Bu barədə klubun feysbuk hesabı məlumat yayıb.

Bildirilir ki, hər iki oyunçuya işçi vizası açılıb.

Komanda həvəskarlar liqasından yenicə peşəkar liqaya yüksəlib. “Qarabağ” Avstriya III liqasında xarici peşəkar futbolçu qeydiyyatdan keçirən ilk klub olduğundan, Bədəlov və Nağıyevin viza alması prosesini gecikib. Artıq hər iki futbolçunun viza məsələsi həll olunub və onlar çempionatın növbəti turunda "Parndorf”la görüşdə debüt edə biləcəklər.

Sözügedən qarşılaşma bu gün keçiriləcək və Bakı vaxtı ilə 18:00-da start götürəcək.


oxunma sayı: 413 | Paylaş:




?>