')

Bu gün:


FutbolPress.Az | "Qızınızı rahatlıqla Morata ilə evləndirə bilərsiz" - Konte

"Qızınızı rahatlıqla Morata ilə evləndirə bilərsiz" - Konte


oxunma sayı: 351 Paylaş:

FutbolPress"Çelsi"nin baş məşqçisi Antonio Konte "Atletiko"ya keçən Dieqo Kosta və bu yay komandaya qoşulan Alvaro Morata haqqında danışıb.

İtaliyalı mütəxəssis Kosta barədə fikir bildirməyin mənasız olduğunu söyləyib:

"Təkrar edirəm. Keçmiş haqda danışmaq istəmirəm. Bunun vacib olmadığını düşünürəm. Nə vaxtsa yaxşı ola bilərsən, amma artıq bu keçibsə, deməli mənasızdı".

O, Alvaro Moratanı isə xeyli tərifləyib:

"Alvaronu hərtərəfli futbolçu olmasına görə bəyənirəm. Taktiki, texniki və fiziki cəhətdən hələ inkişaf eləməlidi. Ancaq çox qərarlıdı. Bitiriciliyi yüksək səviyyədədi, hər an qolu hiss edir.

Davranışları mükəmməldi. Çox nəzakətli insandı və bu, mənim üçün vacibdi. Əgər bir qızınız varsa, rahatlıqla onu Morata ilə evləndirə bilərsiz".


oxunma sayı: 351 | Paylaş:




?>