')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" - "Neftçi": 40-cı duel

"Qəbələ" - "Neftçi": 40-cı duel


oxunma sayı: 97 Paylaş:

FutbolPressSentyabrın 24-də Topaz Premyer Liqasının VI turuna yekun vurulacaq. Turun son görüşü Qəbələdə baş tutacaq. “Qırmızı-qaralar” öz meydanında “Neftçi” ilə görüşəcək.

Bu, rəqiblər arasında yubiley – 40-cı qarşılaşma olacaq. İlk dəfə 2006-cı il sentyabrın 30-da üz-üzə gələn komandalar indiyədək 39 dəfə qarşılaşıb. Bu oyunlardan 36-sı Premyer Liqa, 3-ü Azərbaycan kuboku çərçivəsində keçirilib.

Arxada qalan 11 ildə 11 dəfə bərabərliklə ayrılan rəqiblərin duellərində “Qəbələ” 13, “Neftçi” 15 dəfə qalib gəlib. Qələbə sayından fərqli olaraq, top fərqində tarazlıq hökm sürür. Hər komandanın 48 dəfə fərqləndiyi görüşlərdə ümumilikdə 96 qol vurulub. Bu da o deməkdir ki, vurulacaq 4-cü qol bu rəqəmi 100-ə çatdıracaq.

Bu matçlarda “Qəbələ”nin ən yaxşı bombardiri Dododur – 4 qol. Aleksey Qay, Baqali Dabo, Lorentso Ebesilio və Yannik Kamanan hərəyə 3 dəfə fərqlənib.

Kubokdakı hər üç matç eyni – 1:1 hesablı bərabərliklə başa çatdığından çempionatda da oyunların balansı ciddi dəyişikliyə uğramayıb. Hər iki klub bütün qələbələrini Premyer Liqada əldə edib və 8 heç-heçə edibsə, eyni sayda - 45 qol vurmağı da bacarıb. Kubokda isə iki dəfə penaltilər seriyası zərurəti yaranıb ki, onların da nəticəsi ümumi balansda nəzərə alınmayıb.

“Qəbələ”nin meydanında keçirilən 19 matçda qonaqlar üstünlüyə malikdir. Meydan sahibləri 6, qonaqlar 8 qələbə qazanıbsa, 5 dəfə qalib müəyyənləşməyib. 23 qol vuran “qırmızı-qaralar” 25 top buraxıb.


oxunma sayı: 97 | Paylaş:




?>