"Səbail"də rumıniyalı legioner
Paylaş:
"Səbail" heyətinə daha bir futbolçu cəlb edib.
Söhbət rumıniyalı futbolçu Adrian Popoviçidən gedir. O, paytaxt klubunda 18 nömrəli futbolkada çıxış edəcək.
29 yaşlı oyuçu "Səbail"ə azad agent kimi cəlb olunub. Popoviçin son klubu ölkəsində “Politexnika Timişioara” olub.
Hücumameylli yarımmüdafiəçi Rumıniyanın U-17 yığmasında da oynayıb. Paytaxt klubu Popoviçi PFL-ə sifariş edib.
| Paylaş: