')

Bu gün:


FutbolPress.Az | Azərbaycanlı futbolçudan Almaniyada het-trik

Azərbaycanlı futbolçudan Almaniyada het-trik


oxunma sayı: 504 Paylaş:

FutbolPressAlmaniyanın Şimal-Şərq Regional Liqasında 8-ci turun oyunları keçirilib.

Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” (Berlin) doğma meydanda “Budissa Bautsen”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 5:0.

Rüfət də bu görüşün iştirakçısı olub. Komandasının üç qoluna da məhz Dadaşov imza atıb. O, 14-cü dəqiqədə hesabı açıb, 20-də özünün və komandasının ikinci qolunu vurub. 59-cu dəqiqədə isə Dadaşov matçın yekun nəticəsini müəyyənləşdirib. 63-cü dəqiqədə baş məşqçi onu əvəzləyib.

"Dinamo" hazırda 16 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.


oxunma sayı: 504 | Paylaş:




?>