')

Bu gün:


FutbolPress.Az | Samir Abbasov: "O, buraxdığı səhvlərə görə cavab verəcək"

Samir Abbasov: "O, buraxdığı səhvlərə görə cavab verəcək"


oxunma sayı: 702 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının 6-cı turunda səfərdə “Qarabağ”a uduzan (1:4) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalislərin suallarını cavablandırıb.

Abasov əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Oyuna pis başlamadıq. Belə gedişatı gözləyirdik. Bacardığımız qədər qapanırdıq. Əsas məqsədimiz rəqibi əks-hücumlarda tutmaq idi. Buna da nail olduq. Ancaq hesabı qoruyub saxlaya bilmədik. Oyunçular arasında səviyyə fərqi özünü göstərdi. “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzulayıram.

- Mehdi Cənnətovun oyunundan razı qaldız?
- Fərhad Vəliyev bir neçə ilə karyerasını bitirəcək. O vaxta kimi yeni qapıçı hazırlamalıyıq. Mehdiyə şans verməliyik ki, özünü göstərsin. Hələliksə, buraxdığı səhvlərə görə cavab verəcək.

- Cavid İmamverdiyevin zədəsi necədi?
- Cavidin vəziyyətinə sabah aydınlıq gələcək. Hələliksə, deyə bilərəm ki, əzələsini çox bərk dartıb. Ümid edirəm ki, zədəsi ciddi deyil.

- Hakimlikdən razı qaldız?
- Hakimlik barədə danışmaq istəmirəm.



oxunma sayı: 702 | Paylaş:




?>