')

Bu gün:


FutbolPress.Az | 1.5 avroluq oyun üçün 500 avroya səfər - italyanlardan ironiya

1.5 avroluq oyun üçün 500 avroya səfər - italyanlardan ironiya


oxunma sayı: 1546 Paylaş:

FutbolPressÇempionlar Liqasının qrup mərhələsinin II turunda "Qarabağ" evdə "Roma"nı qəbul edəcək. Sentyabrın 27-də baş tutacaq oyun Bakı Olimpiya stadionunda keçiriləcək.

Qonaq komanda bu görüşdə dəstəksiz qalmayacaq. İtaliyadan təxminən 500 azarkeşin "canavarlar" üçün Bakıya gələcəyi gözlənilir. 

Matçın bilet qiymətləri və Bakıya səfər xərcləri isə "buzovlar ölkəsi"ndə zarafatlara səbəb olub. İtaliya mətbuatında yer alan xəbərlərə görə, hər iki amil azarkeşlərin ironik yanaşmasına gətirib çıxarıb.

Məsələ burasındadı ki, qonaq komandanın azarkeşləri üçün 1.5 avroluq biletlər ayrılıb. Bu da Çempionlar Liqası üçün ən aşağı rəqəm sayılır. Ancaq Bakıya səfər kifayət qədər bahalıdı. Məlumata görə, İtaliyadan gəlmək istəyənlər təxminən 500 avro xərcə düşməlidilər.

7 saatlıq səfərə azarkeşlərin biri belə reaksiya verib: "Bu oyuna görə Hindistana getmək necə də kədərlidi..."


oxunma sayı: 1546 | Paylaş:





?>