')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"dan növbəti qələbə

"Qarabağ"dan növbəti qələbə


oxunma sayı: 307 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında VI tura start verilib. İlk oyun günündə bir görüş baş tutub.  Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” “Sumqayıt”ı sınağa çəkib.

Təqvimə əsasən, açılış matçı Sumqayıtda olmalı idi. Ancaq “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edərək, oyunun yerinin dəyişdirilməsini istəyib. Buna səbəb Ağdam klubunun ÇL oyunuöncəsi suni örtüklü meydançada oynamaq istəməməsi olub. Nəticəsə PFL qarşılaşmanın yerinin dəyişdirilməsinə razılıq verib.

İtkisiz irəliləyən “Qarabağ” "gənclik şəhəri" təmsilçisini də əliboş yola salıb. Qonaqlar görüşdə hesabı açan tərəf olsalar da, sonradan Ağdam klubu 4 qol vuraraq növbəti 3 xalını qazanıb.

Bu nəticəylə "Qarabağ" ən azı bir günlük liderliyə yüksəlib. "Süvarilər"in ehtiyatda 1 oyunu da ver.


Topaz Premyer Liqası
VI tur
22 sentyabr
19:00. “Qarabağ” - “Sumqayıt” 4:1
Qollar:
Pedro Enrike, 56, Riçard Almeyda, 62, Mahir Mədətov, 65, 73 - Bəxtiyar Həsənalızadə, 7
Qırmızı vərəqə: Miçel, 89

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Məhəmməd Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

“Qarabağ”: 1. Anton Kanibolotski, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov. 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 32. Elvin Yunuszadə
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 70. Nicat Süleymanov, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 41. Ceyhun Rəcəbli, 90. Ramil Həsənov
Baş məşqçi:  Samir Abasov


oxunma sayı: 307 | Paylaş:




?>