')

Bu gün:


FutbolPress.Az | PFL "İnter"in xahişini qəbul etdi

PFL "İnter"in xahişini qəbul etdi


oxunma sayı: 117 Paylaş:

FutbolPressPeşəkar Futbol Liqası əvəzedici heyətlərin yarışının təqvimində dəyişiklik edib. Bu "İnter"in müraciətindən sonra baş verib.

Paytaxt klubu PFL-ə müraciət edərək klubun 7 nəfər  üzvünün 18 sentyabr - 2 oktyabr tarixlərində Almaniyada, 2-11 oktyabr tarixlərində isə İrlandiyada 19  yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində, 2 nəfər üzvünün isə  17 - 27 sentyabr tarixlərində 17 yaşlılardan ibarət Azərbaycan milli yığma komandasının heyətində təlim məşq toplanışında iştirak edəcəyi səbəbindən əvəzedici komandaların “Zirə” və “Neftçi” ilə oyunlarının başqa tarixə keçirilməsini xahiş edib. Yuxarıda göstərilənləri və “İnter” klubunun transfer qadağası olduğunu nəzərə alaraq PFL aşağıdakı dəyişikliklərə gedib:   

Əvəzedici heyətlərin VI turunun “Zirə” – “İnter” matçı 24 sentyabr 2017-ci il tarixindən  başqa tarixə keçirilsin.
Əvəzedici heyətlərin VII turunun “İnter” – “Neftçi” matçı 30 sentyabr  2017-ci il  tarixindən başqa tarixə keçirilsin.


oxunma sayı: 117 | Paylaş:




?>