')

Bu gün:


FutbolPress.Az | "Milliyə çağırılmağım sürpriz olmadı" - Dino Ndlovu

"Milliyə çağırılmağım sürpriz olmadı" - Dino Ndlovu


oxunma sayı: 503 Paylaş:

FutbolPressXəbər verdiyimiz kimi, "Qarabağ"ın hücumçusu Dino Endlovu CAR millisinin heyətinə çağırılıb. Yığmanın baş məşqçisi Stüart Bakster uzun fasilədən sonra təcrübəli forvarda dəvət göndərib.

Ndlovu bununla bağlı fikirlərini ölkəsinin mətbuatına açıqlayıb. O, yığmaya çağırılmasının sürpriz olmadığını deyib:

"Milliyə çağırıldığımdan xəbərim yox idi. Yalnız indi bu barədə məlumatlandım. Bunu başa düşmək üçün bir az vaxt lazımdı.

Düzü, milliyə çağırılmaq mənim üçün sürpriz olmadı. Çünki son aylar həddən artıq ağır məşqlər keçirdim. Ancaq bununla iş bitməyib. Çox işləməyə davam etməliyəm".

Dino "Qarabağ"ın ÇL-də "Çelsi"yə 0:6 hesabıyla məğlub olduğu qrup oyunundan da bəhs edib:

"Bu, möhtəşəm təcrübə idi. Yaxşı oynadığımı hiss etdim. Amma daha yaxşı olmaq üçün qol vurmalı idim".


oxunma sayı: 503 | Paylaş:




?>