')

Bu gün:


FutbolPress.Az | Millətlər Liqası: UEFA formatı təsdiqlədi

Millətlər Liqası: UEFA formatı təsdiqlədi


oxunma sayı: 627 Paylaş:

FutbolPressUEFA Millətlər Liqasının keçirilməsiylə bağlı formatı təsdiqləyib.

Turnirdə quruma üzv 55 assosiasiyanın hamısı təmsil olunacaq. Yarış gələn il sentyabrında start götürəcək.

Bu il oktyabrın 11-də açıqlanacaq UEFA-nın yığmalar üçün reytinqinə görə komandalar A, B, C və D liqalarına bölünəcək. İlk iki liqada 12, C liqasında 15, D liqasında isə 16 komanda yer alacaq. A və B liqalarında 3 komandadan ibarət 4 qrup olacaq. C liqasında bir qrupda 3, üçündə 4 yığma mübarizə aparacaq. Sonuncu liqada 4 komandalı dörd qrup yaradılacaq.

Ev-səfər prinsipiylə keçiriləcək qrup oyunları 2018-ici ilin sentyabr-oktyabr aylarında təşkil olunacaq.

B, C və D liqalarında qrup qalibləri daha yüksək dəstəyə vəsiqə qazanacaqsa, A, B və C liqalarının qruplarında sonuncu olanlar aşağı diviziona yuvarlanacaq. İlk iki liqanın qrup qalibləri isə 2019-cu ildə mükafat uğrunda yarışacaqlar.


oxunma sayı: 627 | Paylaş:




?>