')

Bu gün:


FutbolPress.Az | "Kəpəz"in stadionuna soyuğa davamlı toxum səpildi

"Kəpəz"in stadionuna soyuğa davamlı toxum səpildi


oxunma sayı: 146 Paylaş:

FutbolPressGəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi prosesi davam edir. Meydançaya Niderland istehsalı olan lolium adlı ikinci toxum növü səpilib.

Əkin işlərindən öncə toxumların inkişafını sürətləndirmək üçün xüsusi texniki qurğu vasitəsilə ilə havalandırma prosesi aparılıb. Daha sonra səpinə başlanıb. 8000 kv. metr ərazini əhatə edən sahəyə 300 kq toxum əkilib. Bu növ toxumlar soyuq havaya davamlı hesab olunur.

Stadionda işləri həyata keçirən SİS şirkətindən verilən məlumata görə, səpinin ardından meydançaya 35 ton qum verilib. Toxumların cücərməsi üçün bir həftə vaxt tələb olunur.

Gəncə şəhər stadionunun əsas meydançasının dəyişdirilməsi AFFA-nın vəsaiti hesabına aparılır. ("Kəpəz"in rəsmi saytı)


oxunma sayı: 146 | Paylaş:




?>