')

Bu gün:


FutbolPress.Az | Kabel  oğurluğu... (KİÇİK QEYD)

Kabel  oğurluğu... (KİÇİK QEYD)


oxunma sayı: 837 Paylaş:

FutbolPressBu səhəri diksindirici xəbərlə açdıq. "Sumqayıt"ın 22 yaşlı futbolçusu Nicat Muxtarov oğurluq üstündə yaxalanıb. Bu tip oğurluqla məşğul olan mütəşəkkil dəstə ilə birgə... 695 metr kabel.

İşin miqyası/həcmi göstərir ki, bu, hiperoğruluğun balası da deyil. Bəs vaxtilə "Rəvan"da diqqətləri özünə çəkən, 21 yaşadək milliyə çağırılan Nicat niyə belə eləsin?

Nicat "Sumqayıt"a 2015-in yayında keçmişdi. Elə o vaxtdan oyununda eniş davam eləməkdəydi.

"Sumqayıt" rəsmisi Ceyhun Sultanovun açıqlamasına görə, Nicatın atası onun son günlər məşqlərə qatılmamasına səbəb kimi xəstəliyini göstəribmiş. Ancaq məşqlərə qatılmayan oğulun mütəşəkkil dəstədə kabel oğurluğuyla məşğul olması aşkarlanır...

Bəlkə də Azərbaycandakı real həyat ilə təsəvvürlərdəkinin arasındakı uçurumun rabitəsini kəsməkçün xətləri  doğrayıb, satır(lar)mış. Hər nədirsə, bu, böyük mənfəət naminə atılan addım deyil. Kabel oğurluğu işin görünən tərəfidir...

Nicatı Aqata Kristinin, heç götürək, Çingiz Abdullayevin də qəhrəmanı olmaq həvəsi bu yola gətirməzdi. Əməlin şəkli şəxsin ümidsizlik sindromunda, hirsli olduğunu göstərir. Bəlkə də zamanında menecerlər bu istedadlını layiq olduğu dəyərə təqdim eləyə bilsəydilər, onu sərhəddən o yana çıxarsaydılar, indi onun oğurladığı məlzəmənin mahiyyəti, dəyəri  bizi bu qədər təəccübləndirməz, suallar içinə  qərq eləməzdi. 

Elçin Cəlilov



oxunma sayı: 837 | Paylaş:




?>