Bu gün:


FutbolPress.Az | Tural oynadı, komandası qalib gəldi

Tural oynadı, komandası qalib gəldi


oxunma sayı: 32 Paylaş:

FutbolPressMakedoniya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Azərbaycanlı futbolçu Tural Hümbətovun komandası “Pobeda” səfərdə “Breqalniça” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 3:2.

Tural da görüşün iştirakçısı olub. “Pobeda”nın əsas heyət üzvünə çevrilən Hümbətov bu oyunda da ilk dəqiqələrdən meydanda olub.

Tərəflər arasındakı cavab oyunu oktyabrın 18-də “Pobeda”nın meydanında keçiriləcək.


oxunma sayı: 32 | Paylaş: