Bu gün:


FutbolPress.Az | "Real" və MS-dən darmadağın, "Beşiktaş" qələbə ilə başladı

"Real" və MS-dən darmadağın, "Beşiktaş" qələbə ilə başladı


oxunma sayı: 147 Paylaş:

FutbolPressÇempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turu başa çatıb. İkinci oyun günündə E, F, G və H qrupunun matçları baş tutub.

Turnirin son qalibi “Real” doğma meydanda APOEL-i sınağa çəkib. Madrid klubu yarışa böyük hesablı qələbə ilə başlayıb.

Ən maraqla gözlənilən matçlardan biri İngiltərədə keçirilib. “Liverpul”la “Sevilya” qalibi müəyyənləşdirə bilməyib.

Azərbaycanlı azarkeşlərin yaxından maraqlandığı “Beşiktaş” isə səfərdə “Portu” ilə üz-üzə gəlib. İstanbul klubu Portuqaliyada 3 xal əldə etməyi bacarıb.


Çempionlar Liqası
Qrup mərhələsi, I tur


E qrupu


22:45. “Maribor” (Sloveniya) – “Spartak” (Moskva, Rusiya) 1:1
Qollar: 
Bahon, 85 - Aleksandr Səmədov, 59

22:45. “Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya) 2:2
Qollar:
 Firmino, 21, Salah, 37 - Ben Yedder, 5, Korrea, 72


F qrupu

22:45. “Feyenoord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə) 0:4
Qollar:
 Stounz, 2, 63, Aquero, 10, Qabriel, 25

22:45. “Şaxtyor” (Ukrayna) – “Napoli” (İtaliya) 2:1
Qol: 
Tayson, 15, Ferreyra, 58 - Milik, 72


G qrupu

22:45. “Leypsiq” (Almaniya) – “Monako” (Fransa) 1:1
Qolar: 
Forsberq, 33 - Tielemans, 35

22:45. “Portu” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) 1:3
Qollar: Toşiç, 21 (öz qapısına) - Taliska, 13, Cenk, 28, Babel, 86


H qrupu

22:45. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) 3:1
Qollar: 
Son, 4, Keyn, 15, 60 - Yarmolenko, 11

22:45. “Real” (İspaniya) – APOEL (Kipr) 3:0
Qol: 
Ronaldo, 12, 51 (pen.), Ramos, 61


oxunma sayı: 147 | Paylaş: