Bu gün:


FutbolPress.Az | “Bu, ən yaxşı oyunumuz deyildi” - Fabreqas

“Bu, ən yaxşı oyunumuz deyildi” - Fabreqas


oxunma sayı: 91 Paylaş:

FutbolPress“Çelsi”nin futbolçusu Sesk Fabreqas Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”a 6:0 hesabı ilə qalib gəldiklərin oyundan sonra açıqlama verib.

O, belə davam etməli olduqlarını deyib:

“Uzun müddət idi ki, Çempionlar Liqasında oynayacağımız vaxtı gözləyirdik. Nəhayət, həmin zaman yetişdi. Bu, yaxşı preformans, əla nəticə idi. Qolların qrupun son nəticəsinə necə təsir edəcəyini deyə bilmərik, ona görə də belə davam etməliyik.

İspaniyalı yarımmüdafiəçi bunun ən yaxşı oyunları olmadığını bildirib:

“Bəzən daha zəif rəqibə qarşı daha çox şey etmək istəyirsiz, bəzən isə yox. Amma bu gün hamının yaxşı oynadığını düşünürəm. Şəxsən özüm çox yaxşı idim və biz komanda şəklində geri döndük. Ancaq bunun ən yaxşı oyunumuz olduğunu demək olmaz. Biz yavaş-yavaş artırırıq. İndi yalnız bazar günü baş tutacaq “Arsenal”la oyunu gözləyirik. Bizim üçün ağır perioddu. 21 gündə 7 oyun keçirəcəyik. Bu gün baş məşqçi 5 dəyişiklik etmişdi. Keçən il belə deyildi. Çünki Çempionlar Liqasında oynamırdıq”.


oxunma sayı: 91 | Paylaş: