Bu gün:


FutbolPress.Az | Bu, yaxşı başlanğıc oldu" - Konte

Bu, yaxşı başlanğıc oldu" - Konte


oxunma sayı: 22 Paylaş:

FutbolPressÇempionlar Liqasının qrup mərhələsinin ilk oyununda "Qarabağ"a 6:0 hesabı ilə qalib gələn "Çelsi"non baş məşqçisi matçdan sonra fikirlərini bildirib.

İtaliyalı mütəxəssis komandasının əla çıxış etdiyini deyib:

"Bu, bizim üçün yaxşı başlanğıcdı. Oyunun əvvəllərindən komandada böyük məsuliyyət və köklənmə gördüm. Xeyli müsbət məqamların şahidi oldum. Davide Zappakosta çox yaxşı oynadı. Eden Azar ən yaxşı formasını tapmağa çalışır. Andreas Kristensen kimi oyunçulara şans vermək çox vacibdir. Bu futbolçular bilməlidirlər ki, mən onlara etibar edirəm. Mənim 17-18 böyük oyunçum var. Onların hər biri oynamaq imkanına malikdir".


oxunma sayı: 22 | Paylaş: