')

Bu gün:


FutbolPress.Az | Gedən gəmi... 

Gedən gəmi... 


oxunma sayı: 1116 Paylaş:

FutbolPress
tornado-t@rambler.ru

O bir neçə dəfə ikinci və üçüncü olub, birinci olmaq isə ona nəsib olmayıb. Buna baxmayaraq, vətənində ona qarşı hədsiz sevgi var. Şərəfini qoruduğu komandanın stadionu indi onun adını daşıyır. Söhbət sovet və gürcü futbolunun əfsanəsi Boris Payçadzedən gedir...

1915-ci ildə Rusiya İmperiyasında dünyaya göz açan Boris Payçadzenin uşaqlıq illəri liman şəhəri olan Potidə keçib. Borisin futbolla tanışlığına ingilis dənizçiləri səbəb olub. Yeniyetmənin istedadı adadan gələn dənizçiləri cəlb etmişdi. Bir müddət keçdikdən sonra, artıq kiçikyaşlı potili uşaq Gürcüstan birinciliyində, şəhər yığmasının heyətində fərlənməyə başladı. Hüçumçu kimi çıxış edən Payçadze öz həmyaşıdlarından istedadı ilə seçilirdi. Payçadze tarixdə hər zaman ağıllı və səliqəli oynamağı sevən futbolçu kimi yadda qalıb. Lakin hərdənbir "cənublu qanı" özünü biruzə verirdi. Bununla bağlı çox maraqlı bir hadisə yaddaşlardan silinməyib. Deyilənə görə, ona qarşı mübarizə aparan rəqiblər ehtiyatlı oyuna üstünlük veriblər. Ancaq oyunların birində qarşı tərəfin futbolçusu Borisə qarşı həddindən artıq kobud oynayıb, epizodun sonunda Payçadze meydanın mərkəzində həmin futbolçunu kobudluqla dayandırıb. Və həmin oyuçu meydanı xərəkdə tərk etməli olub.

Böyük istedadına rəğmən "gürcü balası" həyatını futbola həsr etmək fikrindən uzaq olub. Payçadzenin ən böyük arzusu gəmi ilə İngiltərəyə yollanmaq idi. Məhz bu arzusunu həyata keçirmək üçün Boris Payçadze dənizçilik texnikumunu bitirmişdi. Ancaq o Batumidə olarkən İngiltərəyə səfərini təxirə salmalı oldu, buna səbəb atasının vəziyyətinin pisləşməsi haqqında eşitdiyi xəbər idi. Futbolçu evə geri dönməyə məcbur oldu. O evə döndükdə isə məlum oldu ki, atasının vəziyyəti ilə bağlı heç bir problem yoxdur, sadəcə Payçadzenin doğma şəhəri olan Potinin yığma komandası Batumi şəhərinin yığması ilə qarşılaşmalıdır. Atası öz oğlunu geri gətirməklə Poti komandasının liderini qaytarmış oldu. Artıq İngiltərəyə yollanmaq arzusunun üstündən xətt çəkmək olardı: çünki il ərzində bir dəfə səfərə çıxan gəmi artıq Batumi limanını tərk etmişdi. Bu hadisə Payçadzenin həyatında dönüş nöqtəsi oldu.

Tezliklə Poti yığmasının bütün üzvləri Tbilisinin ali məktəblərindən birinə imtahansız qəbul olundu. Həmin institutun rektoru Payçadzenin istedadının vurğunu idi. SSRİ-nin ilk birinciliyinin başlamasına bir müddət qalmış bizim qəhramanımıza iki şərt irəli sürüldü: o "Dinamo" klubunun futbolçusu olur, bunun əvəzində isə həbsdə olan atası azad edilir. Futbolçu şərtin özünə aid bəndinə əməl edir, DTK-nın rəsmiləri isə - yox. Böyük Vətən müharibəsi başladıqdan sonra isə böyük-Payçadzenin azad olunması təxirə salınır. Qəhrəmanımız isə bir daha atasının üzünü görmür.

Müharibədən sonrada Boris Payçadze "Dinamo"ya sadiq qalır. 36 yaşında əslən Potili olan futbolçu ciddi zədə alır. Bundan sonra Payçazde oyunlarda ehtiyatlı davranmağa məcbur olur və artıq hamı başa düşür ki, bu həmin Payçadze deyil. "Dinamo"da 190 matçda 106 qol vuran futbolçu öz məhsuldarlğı ilə adından söz etdirir.

Karyerasını bitirdikdən sonra Payçadze Tbilisi təmsilçisində qalmağı qərara alır. Əvvəlcə o bir müddət klubun baş məqşçisi postunda çalışır. Daha sonra müxtəlif vəzifələrdə işləyən Boris Payçadze, Gürcüstanın bütün zamanlarda ən yaxşı futbolçu hesab edilir. Təbii böyük futbol ənənəsi olan ölkədə bu ada çox namizədlər vardı: Kipiani, Mesxi, Metreveli, Kaladze və başqaları. Ancaq hər bir gürcü futbolsevər öncə Boris Payçadzenin adını çəkir. Çünki o ölkəsində "ən böyük qafqazlı" futbolçu hesab edilir. 

Yazarın bütün yazıları

oxunma sayı: 1116 | Paylaş:




?>